FİFA Türkiyənin "Adana Demirspor" klubunu son iki ayda üçüncü dəfə cəzlaandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ali futbol qurumu bu dəfə klubun daha altı xalının silinməsinə qərar verib.

Məlumatda deyilir k, qərar klubun futbolçulardan birinə olan borcunu ödəməməsinə görə verilib.

Açıqlamada futbolçunun adı çəkilməyib.

Məlumata görə, bu qərardan sonra "Adana Demirspor" mənfi 23 xalla sonuncu yerdədir.

Fərid ASLAN
MİA.AZ