“Karvan-Yevlax” Futbol Klubu (FK) nəhayət, öz stadionuna geri dönüb.
Mia.az xəbər verir ki, bu gün klub builki mövsümdə ev oyununu ilk dəfə Yevlax şəhər stadionunda keçirib.
Klub “Kəpəz” FK-nı qəbul edib. 16 ildən sonra ilk dəfədi ki, Yevlax stadionunda Premyer Liqa oyunu keçirilib.
Saat 14.00-da başlayan oyunda hesabı 14-cü dəqiqədə "Kəpəz" açsa da, ev sahibi 31-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1
77-ci dəqiqədə gəncəlilər penalti zərbəsiylə hesabda önə çıxıblar - 1:2
84-cü dəqiqədə "Karvan"çıların oyunun hakimi Rauf Cabbarovu 11 metrlik cərimə zərbəsi üçün inandırmağa cəhdləri boşa çıxıb. Cabbarov "Kəpəz"ə cərimə təyin etməyib.
Matç bu hesabla başa çatıb. Yevlax komandası öz meydanında 1-2 hesabıyla uduzub.
Final fitindən dərhal sonra azarkeşlər Karvanın baş məşqçisi Azər Həşimovu istefaya səsləyib. Hətta azarkeşlər öz komanda üzvləri və məşqçi heyətinin üzərinə butıka atıblar.
Onu da qeyd edək ki, meydana yad əşyalar atılmaasına görə "Karvan" 2 mindən 5 min manatadək cərimə oluna bilər.
Məlumat üçün qeyd edək ki, "Karvan"ın sammallı sponsorları var (aşağıda fotoda adları verilib). Gəzən söhbət görə, məhz onlar Baş məqşçinin taleyi ilə bağlı qərar verəcəklər.
***
Xatırladaq ki, stadion bundan əvvəl təmirə dayanmış və ot örtüyü yenilənirdi. Misli Premyer Liqasının 12-ci turunun ilk oyunu əvvəlcə Şamaxı şəhər stadionu göstərilsə də, noyabrın 16-da ev oyununun yeri dəyişdirilib.
Düzdür, təmirdən sonra ot örtüyü təbii deyil. Lakin klub rəhbərliyi süni örtüyünü də FİFA tələblərinə uyğunlaşdırıb. Amma bununla belə, Premyer Liqa klublarının öt örtüyündən narazı olacağını düşünmək olar.
Eyni vəziyyət Şamaxı və Bakıda, Səbail stadionunda mövcuddu və baş məşqçilər bundan bir qayda olaraq, narazıdır.
Yevlax klubu mövsümün ilk ev oyununu coşğu ilə qarşılamağa hazırlaşır.
Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevin mia.az-ın əməkdaşına verdiyi məlumata görə, oyundan əvvəl stadionda azarkeşlərlə görüş və konsert proqramı nəzərdə tutulur.
Stadiona insan axını və coşğu var. Xanımlar üçün ayrıca sektor nəzərdə tutulub. Staduion bu oyunu azarkeşlər üçün pulsuz edib.
Qeyd edək ki, “Karvan-Yevlax” builki mövsümə yaxşı başlamayıb. Komanda indiyədək 11 oyun keçirib, bunlardan ikisində heç-heçəyə razılaşıb, cəmi bir qalibiyyət qazanıb, səkkiz oyunu uduzub. “Kəpəz” isə keçirdiyi 11 oyundan cəmi birində qalib gəlib. Bu mövsümdə komandalar bir dəfə, avqustun 23-də qarşılaşıb.
“Kəpəz”in qonağı olan “Karvan-Yevlax” ev sahibini məğlub edib.
Zülfiyyə Mustafayeva
Mia.az