"Fənərbağça"nın braziliyalı ulduzu Fred Rodriges "Qalatasaray"la derbi barədə maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hazırda komandanın müəkəmməl səviyyədə olduğunu deyib.
Brazilyalı futbolçu bildirib ki, 23 noyabrda "Çaykur Rizespor"a qalib gəlib, "Qalatasaray" derbisinə güclü hazırlıq dönəminə keçəcəklər: ""Qalatasaray"la birinci yer uğrunda mübarizəmiz davam edir. Bzim bundan sonra bir xal belə itirməyə haqqımız yoxdur. Hesab edirəm, debi çox yaxşı bir matç olacaq. Hazırda "Qalatasaray"la aramızda xal fərqi böyük deyil. Aramızda bir xal fərqi var. Bacardığımız qədər çox xal toplamaq istəyirik. Əlbəttə ki, məqsədimiz qalib gəlmək olacaq"
Fərid ASLAN
MİA.AZ