Nigeriya yığmasının heyətində Dünya Çempionatının Seçmə Oyunlarının pley-offunda Konqo Demokratik Respublikasına qarşı oynadığı oyunda zədələnən Viktor Osimhen bu gün İstanbula gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hava limanında jurnalistlərə qısa açıqlama verib.

Nigeriyalı hücumçu bildirib ki, zədəsi ciddi deyil: "Sabah burada müayinədən keçəcəyəm. Ancaq zədəmin ciddi olmadığını deyə bilərəm"

Xatırladaq ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 12 matçda 9 qol vurub.

Məlumatda o da deyilir kli, Viktor Osimhenin hazırkı vəziyyətini nəzərə alan komandanın baş məşqçisi onu "Gənclərbirliyi" ilə oyunda meydana daxil etməyəcək.

Fərid ASLAN
MİA.AZ