Türkiyə 1-ci Liqasında çıxış edən "Amed Sport"un baş məşqçisi Sinan Kaloğlu açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, mövsümün sonunda super liqaya yüksələn komanda olacaqlarına əminliyini ifadə edib.

Kaloğlu deyib ki, bu məqsədlə bütün gücləri ilə çalışırlar: "Bu il Super Liqaya yüksələn komanda olacağıq. Tarix yazacağıq, amma zamanın nə gətirəcəyini heç vaxt bilmirsən. Hər kəs birlik və həmrəylik içində birlikdə çalışmalıdır, çünki rəqiblərimizin güclü və yaxşı heyətləri var. Nə qədər çox birlikdə çalışsaq, bir o qədər güclü olacağıq."

Fərid ASLAN

MİA.AZ