"Liverpul"dan ayrıldıqdan sonra Baş məşqçi postu üçün çoxlu klublardan gələn təklifləri geri çevirən almaniyalı Yurgen Klopp sürpriz qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bundan sonra TV-də şərhçilik edəcək.
Məlumata görə, 15 illik fasilədən sonra yenidən televiziyaya dönən Yurgen Klopp 2026-cı il Dünya Çempionatının oyunlarını "Deutsche Telekom"un rəqəmsal platforması olan "MagentaTV"də canlı yayımla şərhini verəəck.
Fərid ASLAN
MİA.AZ