Viktor Osimhenin gəlişindən sonra arxa plana keçən "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi İtaliya klubu ilə danışıqlar aparır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İkardinin meneceri Elio Pino mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçunu A Seriyasında çıxış edən "Komo" klubuna təklif edib.

Məlumata görə, bundan sonra tərəflər arasında danışıqlar başlayıb: "Mümkündür ki, İkardı qış transfer pəncərəsi açılan kimi İstanbuldan ayrılsın..."

Məlumata görə, Osimhendən sonra oyunlara son dəqiqələrdə daxil edilməsi Mauro İkardini ruhdan salıb və o, mümkün qədər daha tez "Qalatasaray"dan ayrılmaq istəyir.

Onu da qeyd edək ki, İkardi bu mövsüm "Qalatasaray"da 15 oyunda 6 qol vurub.

Fərid ASLAN
MİA.AZ