Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Departamenti "Fənərbağça" ilə derbidə hakimləri söyən "Beşiktaş"ın Baş məşqçisi Sergen Yalçın və qırmızı kart görən oyunçu Orkun Kökçünu cəzalandırılması barədə Peşəkar Futbol İntizam Şurasına (PFDK) araşdırma sənədləri göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PFDK-yə göndərilən sənədlərdə hər iki şəxsin futbola uyğun olmayan davranış və hərəkətləri təhlil olunub və cəza tələbi qeyd olunub: "Onlar "idmançıya yaraşmayan davranış" və "təhqir"ə görə cəza alacaqlar".
Məlumatda o da deyilir ki, "Beşiktaş" klubunun özünün də azarkeşlərinin derbidə "iyrənc və kobud ifalar", təhqiramiz şüqarlar və digər qaydalara zidd davranışa görə cəza alması gözlənilir.
Fərid ASLAN
MİA.AZ