Bu gün UEFA Çempionlar Liqasında 4-cü tur oyunları çərçivəsində "Qalatasaray" səfərdə "Ayaks" qonağı olacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyundan əvvəlki açıqlamalarında qalib gələcəklərinə əminliyini vurğulayb.
O, "Bu gün bizə meydan oxuyacaq bir komanda ilə qarşılaşırıq", - deyərək bildirib ki, rəqibin hələ də xalsız qalması onları aldada bilməz: "Keçən il "Ayaks"a qarşı UEFA Avropa Liqasında qarşılaşdıq və uduzduq. Bu il isə Çempionlar Liqasında üz-üzəyik. Rəqibimizin Çempionlar Liqasındakı son yerdə və xalsız vəziyyəti bizi rahatlamır. Bu durum bizi aldada bilməz. Onların bizi nə qədər məğlub etmək istədiklərini bilirik. Bilirik ki, bu matça qələbə seriyasına başlancıq kimi baxırlar. Biz isə son iki matçda 6 xal qazandıq. Buradakı qələbə bizi hədəfə doğru çox irəlilədəcək. Bu matç mənim və oyunçularımın böyük xəyallar qurmaq üçün vacibdir. Ümid edirəm ki, bu matçdan sonra o xəyala doğru iri addım atacağıq"
Fərid ASLAN
MİA.AZ