"Düşünürəm ki, bu, həm zehni, həm də ailəm üçün daha sağlam işdir. Az və ya çox olsun, ehtiyaclarıma uyğun olaraq ayaqlarımı yorğanıma görə uzadaram".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri 29 yaşında futbol karyerasını nöqtələyən "Beşiktaş"ın sabiq futbolçusu Orkan Çınar deyib.
O, dönərxanalar açmasının səbəbini atasıyla əlaqələndirib: "Açığı deyim ki, bu sahədə özümü çox rahat hiss edirəm. Atam 30 il dönərçi işləyib. İndi də mən bu biznesi ona etibar etdiyim üçün açdım. Hələlik doğma məmləkətim olan Bursanın İnegöl rayonunda bu işi böyüdürüm, sonrasına baxarıq. Hədəfim "Orkan Çınar dönərxana"larını brendləşdirmək, ölkə üzrə 20-25 filiala qədər genişləndirməkdir. Görək nolacaq..."
Xatırladaq jki, Orkan Çinar futbol karyerasına Almaniyada başlayıb. 2015-ci ildə icarə əsasında "Qaziantepspor"a, 2017-2018-ci illərdə isə "Beşiktaş"a transfer olunub. O, Çempionlar Liqasında Almaniyanın "Leypsiq"ə qarşı oyunda qol ötürməsi ilə daha çox yada qalıb.
"Beşiktaş"dan sonra Çinar müxtəlif komandalarda oynayıb. O, aktiv futbol karyerası ilə 29 yaşında "Adanaspor"da vidalaşıb.
Fərid ASLAN
MİA.AZ
