Sabah Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"- "Çelsi" oyunundan öncə Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev Mia.az-ın sualını cavablandırıb.
Mia.az-ın əməkdaşı Elvin Cəfərquliyevə ünvanladığı sualında onun xarakter olaraq səbrsiz olduğu səbəbindən sabahkı oyunda emosiyaları cilovlamağın mümkün olub-olmayacağını soruşub.
E.Cəfərquliyev cavabında bildirib ki, o, həm oyun üçün məşq edir, həm də səbrli olmaq və emosiyalara qapılmamağa çalışır.
Zülfiyyə Mustafayeva
MİA.AZ