AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqasının və I Liqa klublarının məşqçiləri üçün fitnes üzrə seminar təşkil olunub.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, tədbirə UEFA-dan dəvət olunan Fritz Şmid və AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov rəhbərlik ediblər.

Sonda məşqçilərə AFFA tərəfindən diplomlar təqdim olunub.