Misli Premyer Liqasının (PL) 10-cu turunda ilk oyun “Qarabağ” Futbol Klubu (FK) ilə “İmişli” FK arasında keçirilib.
Stadionda oyunu izləyən Mia.az-ın əməkdaşının verdiyi məlumata əsasən, "Azərsun Arena"da başlayan görüşün birinci hissəsi qolsuz bitib.
İkinci hissənin 52-ci dəqiqəsində isə "Qarabağ" hesabı açıb - 1:0
82-ci dəqiqədə "Qarabağ" daha bir qola imza atıb - 2:0
Oyun bu hesabla bitib.
Yeri gəlmişkən, “İmişli” də zəif komanda deyil. Bu il Premyer Liqada debüt edir. Həm psixoloji, həm də fiziki hazırlıq nümayiş etdirirlər. Hazırda turnir cədvəlində “İmişli” 12 xalla 8-ci yerdədi. "Qarabağ" 20 xalla liderlik kürsüsünə oturub.
Zülfiyyə Mustafayeva
Mia.az
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
