FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) oyununun baş hakimi təyin olunub.

Mia.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.