Türkiyə Futbol Federasiyası (TFF) 7 klubu cəzalandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Şurası (PFDK) qərar qəbul edib.
Qərara əsasən, "Trabzonspor", "Qalatasaray", "Göztepe", "Kasımpaşa" və Konyaspor" azarkeşlərinin davranşına görə hər bir ayrı-ayrılıqda 220.000 lirə cərimələnib:
""Beşiktaş" isə azarkeşlərinin hücum və təhqiramiz şüarlarına görə 520.000 lirə cəriməi və stadionun qismən bağlanması ilə, "Fənərbağça" isə oxşar səbəb, eyni zamanda, hakimlərin təhqirinə görə ümumilikdə 740.000 lirə cərimə edilib".
Fərid ASLAN
MİA.AZ
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
