İtaliyanın "Yuventus" komandası xorvatiyalı İqor Tudoru yola salandan sonra boşalan baş məşqçi postunu "doldurub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub rəhbərliyi tanınmış mütəxəssis Luciano Spalletti ilə anlaşıb.

Klub 66 yaşlı italyan məşqçi ilə mövsümün sonuna qədər, yni 2026-cı ilin iyun ayına qədər müqavilə imzalayıb.

Xatırladaq ki, 2022-23 mövsümündə "Napoli" ilə Serie A çempionluğunu qazanan Spaletti 2023-cü ilin sentyabrından 2025-ci ilin iyun ayına qədər İtaliya milli komandasını çalışdırıb.

Fərid Aslan
MİA.AZ