"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi bu posta Sarp Yiğiti gətirib.
Bu barədə klub açıqlama yayıb: "Uzun illər "Beşiktaş" Futbol Akademiyasında müxtəlif vəzifələrdə çalışan Sarp Yiğit bu gündən qadın futbol komandamızın baş məşqçisi təyin edilib. Ona yeni vəzifəsində böyük uğurlar arzulayırıq".
Xatırladaq ki, buna qədər komandaya Burak Sidar rəhbərlik edib.
Fərid ASLAN
MİA.AZ