Türkiyə super liqasında bu həftə sonu keçiriləcək "Qalatasaray" - "Trabzonspor" və "Beşiktaş" - "Fənərbağça" derbilərini idarə edəcək hakimlərinin adları bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" - "Trabzonspor" derbisində Cihan Aydın, "Beşiktaş" - "Fənərbağça" derbisində isə Ali Yılmaz baş hakim olacaq.
Xatırladaq ki, "Qalatasaray" - "Trabzonspor" oyunu noyabrın 1-də, "Beşiktaş" - "Fənərbaxça" derbisi isə 2 noyabrda keçiriəcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ