Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransaya qarşı keçirəcəyi oyunlar üçün biletlər satışa çıxarılıb.

Mia.az xəbər verir ki, biletlər İticket.az saytı vasitəsiylə satılır.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-ü saat 21:00-da 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa matçı isə noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.