"Mərc oyunlarına pul qoyan, o oyunların iştirakçıları olan hakimlərlə bağlı istintaq daha da genişləndiriləcək".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu açıqlamanı İstanbul Baş Prokurorluğu verib.
Prokurorluqdan bildirilib ki, Futbol Federasiyası prezidenti İbrahim Hacıosmanoğlunun mərcdə iştirakı sübut olunan 371 hakimlə bağlı materaillar artıq istintaqdadır: "Dediyimiz kimi, bu istintaq daha da geniş spektr alacaq və digər cinayət iddiaları ilə bağlı araşdırmanı da əhatə edəcək".
Zülfiyyə Mustafayeva
MİA.AZ