"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Milan" yanvar ayında transfer pəncərəsi açılan kimi iki müdafiəçi, iki yarımmüdafiəçi və bir hücum almağı planlayıb.
Məlumata görə, İtaliya klubu "Qalatasaray"ın hücumçusu Mauro İkardiyə təklif göndərməyə hazırlaşır: "Mauro İkardi ilə yanaşı, "Bavariya"dan müdafiəçi Kim Min-Jae, cinah yarımmüdafiəçisi transferi üçün Heung-Min Sonu, Co Qomez, Tomas Kristensen, Oumar Solt və Mario Gila də "radar"dadır".
Fərid ASLAN
MİA.AZ