Amerikada top qovan məşhur argentinalı futbolçu Messi daha bir il adıçəkilən ölkədə qalacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda formasını geyindiyi "İnter Mayami" komandası Lionel Messi ilə müqavilənin müddətini uzadıb.
Məlumata görə, tərəflər daha bir il müddətinə anlaşıblar.
Anlaşmaya əsasən, Messi 2028-ci ilin iyun ayına qədər hazlırkı komandasında tər tökəcək.
Fərid ASLAN
MİA.AZ