"Ən azı məğlub olmaq istəmirdik".
Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə 3-1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.
O, əsas mərhələdə ilk qələbəsini qazanan rəqibi təbrik edib: "Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu, asan deyildi".