"Qalatasaray"ın prezidenti Dursun Özbek sabah Çempionlar Liqasının üçüncü turunda qarşılaşacaqları Norveçin - Bodo/Glimt komandası ilə oyun öncəsi futbolçuları ruhlandıran addım atıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Dursun Özbek futbolçuların və klub işçilərinin bütün maaşlarını ayın sonu olmamış ödəyib.
Məlumatda o da deyilir ki, "Qalatasaray" rəhbərliyi futbolçulara maaşlarında bundan sonra nəinki gecikmə olmayacağını deyib, üstəlik, vaxtından əvvəl ödəniş olacağına söz verib: "Yetər ki, siz bizi, azarkeşləri sevindirin!"
Fərid ASLAN
MİA.AZ