Mövsümün əvvəlində böyük ümidlərlə "Fənərbağça"ya transfer olunan brazilyalı qolkiper Edersonun uzun müddətlik zədə problemindən qurtulsa da, heyətdə yer almaması açıq suallar buraxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oynamasa da, yüksək maaş alan qapıçının zədə və performansı klubun yeni rəhbərliyini narahat etməyə başlayıb.
Məlumata görə, klubun yeni rəhbərliyi onu yanvar transfer dönəmində satışa çıxaracaq: "Super Liqanın 8-ci turunda keçirilən "Samsunspor" matçının hazırlıqları zamanı zədələnən Ederson millidəki fasilədən sonra meydana dönmədi. baş məqçi Domeniko Tedesko onun son turda meydanda olacağın desə də, "Karagümrük" matçında qapı 3-cü qolkiper Tarık Çətinə həvalə edildi. İnsafən gənc qapıçı östərdiyi performansla meydanda ən yaxşılardan biri oldu. Maraqlı budur ki, “Karagümrük” matçından sonra Tedesko EdersonLla bağlı sualdan yayınaraq "Edersonun ən qısa zamanda hazır olmasını gözləyirik" dedi və onun hələ hazırlıqlı olmadığını və ehtiyatda qalacağına işarə vurdu. Bu isə həm də o deməkdir ki, Ederson artıq komandada arzulanan persona deyil"
Bu arada bəlli olub ki, Hakan Bilal Kutlualp Ali klubun İdarə Heyətinin iclasında çıxış edərək, izafi xərclərdən söz açıb və Ederson kimi oyunçulara yüksək maaşı tənqid edib: ""Fənərbağça" tarixinin ən böyük "oyunçu maaşı" büdcəsi ilə qarşı-qarşıyayıq! Qapıçı aylıq 1,1 milyon avro qazanır! Bu, Avropanın öndə gələn klublarının büdcəsinə belə uyğun deyil".
Fərid ASLAN
MİA.AZ