Səudiyyə Ərəbistanının "Əl Əhli" komandasında forma geyinən Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralın müqaviləsi yenilənəcək.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, 2026-cı ilin iyun ayında bitəcək müqavilə daha bir il uzadılacaq.
Məlumata görə, tərəflər artıq müqavilənin uzadılması ilə bağlı qarşılıqlı razılığa gəliblər.
Xəbərdə onun maaşına əlavə olunduğu da deyilir, lakin məbləğ açıqlanmayıb.
Qeyd edək ki, 27 yaşlı Merih "Əl Əhli"nin heyətində 73 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun bazar dəyəri 13 milyon avrodur.
Fərid ASLAN
MİA.AZ