Fevral ayında "Qalatasaray"dan ayrılaraq Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"a transfer olunan belçikalı hücumçu Mişi Batşuayi peşman olub.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, Almaniyada komandasında istədiyi atmosferi görə bilməyən hücumçu geri dönməyə çalışır.
Məlumata görə, o, meneceri vasitəsiylə türk klubları ilə danışıqlar aparır: "Onun meneceri hazırda "Eyüpspor" və "RAMS Başakşehir" klublarının rəsmiləri ilə görüşür. Böyük ehtimalla Mişi Batşuayi yancvar transfer dönəmində "RAMS Başakşehir"lə anlaşacaq"
Xatırladaq ki, hücumçu vaxtilə "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"da oynayıb.
Fərid ASLAN
MİA.AZ