Dünya Çempionatının Asiya seçmə mərhələsinin A qrupunda öz meydanında Birləşmiş Ərəb Əmirliklərini qəbul edən Qətər tarixi uğura imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qətər millisi rəqibi 2:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqəni təmin edib.

Qətərin qollarını Bualem Huhi və Pedro Miguelin vurublar. Bu qələəbı ilə qrup liderliyinə yüksələn Qətəri 2026-cı il iyunun 11-dən iyulun 19-dək davam edəcək yarışda görəcəyik.

Fərid ASLAN
MİA.AZ