ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi və 48 komandanın oynayacağı 2026 FIFA Dünya Çempionatına vəsiqə uğrunda yarış davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək davam edəcək yarışa qatılacaq 48 komandadan indiyədək 22-sinin adları bəlli olub.
Onlardan bəziləri tarixlərində ilk dəfədir belə bir mötəbər yarışda iştirak edəcəklər.
Məlumat üçün qeyd edək ki, yarışın keçiriləcəyi 3 ölkə - ABŞ, Kanada və Meksika oynamadan avtomatik yarışa qatılmaq hüququ qazanıblar.
Beləliklə, adları dəqiqləşən ölkə yığmaları bunlardır:
1- ABŞ (Ev sahibi)
2- Kanada (Ev sahibi)
3- Meksika (Ev sahibi)
4- Braziliya
5- Qana
6- Əlcəzair
7- Uruqvay
8- Argentina (hakimiyyət çempionu)
9- Paraqvay
10- Ekvador
11- Kolumbiya
12- Tunis
13- Mərakeş
14- Misir
15- Yeni Zelandiya
16- Özbəkistan (İlk dəfə)
17- Cənubi Koreya
18- İordaniya (İlk dəfə)
19- Yaponiya
20- İran
21 - Avstraliya
22- Yaşıl Burun Adaları (İlk dəfə)
Fərid ASLAN
MİA.AZ