"Fənərbağça"nın heyətindən kənarlaşdırılan futbolçular İrfan Can Qəhvəçi və Cenk Tosun, nəhayət, sükutu pozublar.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, klub rəhbərliyinin qərarının böyük rezonas doğurmasına baxmayaraq, günlərdir susan futbolçular açıqlama veriblər.

Məlumata görə, İrfan Can qərarın veriləcəyi hansısa hərəkətə yol vermədiyini deyib: "Məni heyətdən kənarlaşdıran əsas yaratmamışam. Qərara çox təəccübləndim. Əlbəttə, paltardəyişmə otağında oyunun gərgin atmosferiylə mübahisələr ola bilər. Adətən komanda xal itirdikdən sonra paltardəyişmə otağında mübahisələr də olur. Bu, bir ailəiçi vəziyyətidir. Heyətdən kənarlaşdırmağım üçün heç bir şey yox idi".

Heyətdən kənarda qalan digər futbolçu Cenk Tosun da bu qərara təəccüblənib. Təcrübəli hücumçu “Samsunspor” matçında meydana çıxmağa hazırlaşdığını, lakin əvəzetmə limiti bitdiyi üçün meydana çıxa bilməməsinə hirsləndiyini gizlətməyib: “Əlbəttə, oyuna girə bilmədim deyə hirsləndim və bir anlıq hirslə jiletimi yerə fırlatdım. Bu, oynamayan, lakin oynamaq üçün  can atan hər bir oyunçu üçün xarakterik haldır. Mən də sadəcə oynamaq istədim".

Xəbərdə deyilir ki, Fənərbağça"nın prezidenti Sadettin Saranın komandada nizama xüsusi diqqət yetirir deyə belə qərar verilib.

Fərid ASLAN
MİA.AZ