Türkiyə ilə ABŞ arasında F-35 məsələsi ilə bağlı yaranmış böhran həll olunmamış Pentaqon Belçika Hərbi Hava Qüvvələrinə Floren Hava Bazasından ilk üç F-35 döyüş təyyarəsini təslim edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təslimalma prosesi təmtəraqlı şəkildə keçirilib.
Belçika Hərbi Hava Qüvvələrinin komandanlığı Floren hava bazasından F-35 döyüş təyyarələrini qəbul edib.
Belçika kralı Filip və Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken bu günü mühim hadisə sayıblar.
Xatırladaq ki, 2019-cu ildə Türkiyə 2,5 milyard dollara Rusiyadan S-400 raket sistemi aldıqdan sonra ABŞ qardaş ölkəyə bu təyyarələri satmaqdan imtina edib. Halbuki, Türkiyə bunun üçün ABŞ-a 2 milyarddan çox pul ödəyib. İndi nə o pul geri verilir, nə də təyyarə.
Lamiyə Əhmədli
MİA.AZ