Misirlə sərhəddə yerləşən və Qəzzanın dünyaya açılan qapısı əsas qapısı sayılan Rəfah sərhəd keçid məntəqəsi bu gün açılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bundan bir gün əvvəl bu keçidin açılmayacağını və ordunun nəzarətində qalacağını bəyan edən israil hökuməti HƏMAS-ın ötən gecə daha 4 israilli məhbusun cəsədlərini təhvil verməsindən sonra fikrini dəyişib.

Məlumata əsasən, artıq keçidin açılışı üçün hazırlıqlar başlanıb.

İsrail dövlət televiziyası KAN məlumatı təsdiqləyib. kanalın efirindən bildirilib ki, HƏMAS-ın bir gecədə daha dörd israilli məhbusun cəsədini təhvil verməsi və bəzi qalıqları bu gün təhvil verməyi planlaşdırması İsrailin qərarına təsir edib.

Tahir Şəlvəli
MİA.AZ