Türkiyə Milli Futbol Komandası sabah DÇ-2026 seçmələrinin E qrupunda Kocaelidə Gürcüstan yığmasnı qəbul edəcək.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, oyundan əvvəl komandanın üzvü Kerem Aktürkoğlu mətbuat konfransında sualları cavablandırıb.
O, oyunun qrupdakı durumu aydınlaşdıracağını deyib: "Bu matç qrupun gələcəyi ilə bağlı yol xəritəsi olacaq. Gürcüstanla sabahkı matçı bizim üçün final oyunudur. Hər iki komanda matçın əhəmiyyətinin çox fərqindədir. Qələbə pley-off şanslarımızı artıracaq".
Kerem bildirib ki, milli komandada heç bir problem yoxdur: "Atmosfer çox yaxşıdır. Bu, meydandakı nəticələrdə özünü göstərir".
Zülfiyyə Mustafayeva
MİA.AZ