"Beşiktaş" yanvar transferlərinə indidən hazırlıq görür.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, bu məqsədlə "Fənərbağça"nın iki ildir digər komandalarda icarə əsasları ilə oynayan futbolçusu Emre Mor "Beşiktaş"a təklif olunub.
Məlumata əsasən, 28 yaşlı futbolçunun özü də "Beşiktaş" forması geyinmək istədiyini və bütün gücünü komandaya qoyacağını deyib: "Lakin komandanın Baş məşqçisi Sergen Yalçın transfer təklifini duyan kimi "yox" deyib. Bu səbəbdən Emre Morla danışıqlar başlamamş bitib".
Xatırladaq ki, Emre Mor ötən mövsüm “Eyüpspor”da 18 matçında forma geyinib. O, bu matçlarda cəmi 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Bu mövsüm isə o, geri göndərilib və hazırda "Fənərbağça"da forma şansı əldə edə bilməyib".
Zülfiyyə Mustafayeva
MİA.AZ