İsrailin Qəzza zolağına hücumu davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda həyata keçirilən hücumda daha 77 nəfər həyatla vidalaşıb.

Qəzzada Səhiyyə Nazirliyindən bildirilib ki, bununla yanaşı, 222 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar: "Bununla da 7 oktyabr 2023-cü ildən Qəzza zolağında ölənlərin sayı 66 225 nəfərə, yaralıların sayı isə 168 938 nəfərə yüksəlib"

Tahir Şəlvəli
MİA.AZ