Türkiyədə kuryoz hadisə yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Uşak dövlət xəstəxana meyitxanasında meyitlər qarışdırılıb.
Məlumata əsasən,18 gün əvvəl Uşak Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan 80 yaşlı G.G. bazar günü dünyasını dəyişib: "Həmin vaxtı beyin qanamasından sonra təxminən 4 ay eyni xəstəxanada müalicə alan 91 yaşlı G.K. isə bazar ertəsi səhər tezdən vəfat edib. Hər iki meyit xəstəxananın morquna yerləşdirilib. Dünən G.G.-nin meyitini almaq üçün xəstəxanaya gedən yaxınları gözlərinə inana bilməyiblər. Aydın olub ki, meyit morqda yoxdur".
Xəbərdə deyilir ki, bundan sonra araşdırma başlayıb: "Araşdırma nəticəsində bəlli olub ki, G.G.-nin cəsədi G.K.-nın meyiti ilə səhv salınıb və ikincinin yaxınları tərəfindən götürülərək, birbaşa Sivaslının Selçikler məzarlığına aparılaraq dəfn edilib. Prokurorluğun müdaxiləsindən sonra dəfn olunan cəsəd çıxarılaraq yaxınlarına təhvil verilib. Bundan sonra G.G. Uşak Əsri qəbiristanlığında, G.K. isə Selçiklerdə dəfn olunub".
Firudin Səfərli
MİA.AZ