Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları son həftəylə müqayisədə artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank hesabat yayıb.

Hesabata əsasən, 26 sentyabrdan əvvəlki həftə ilə müqayisədə Mərkəzi Bankın  valyuta ehtiyatı 4,1 milyard dollar artaraq 182 milyard 953 milyon dollara çatıb: "Bu dövrdə qızıl ehtiyatları da 2,4 milyard dollar artaraq 96,254 milyard dollar olub".

Samir Musayev
MİA.AZ