"Tesla"nın baş direktoru İlon Mask sərvəti ilə dünya rekordunu yeniləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, artıq dünyanın ilk yarım trilyonçusu ünvanına sahiblənib.
Məlumata əsasən, İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
"Forbes"in siyahısına görə, Muskın sərvəti oktyabrın 1-də Bakı vaxtilə saat 23:30-da 500 milyard dolları ötüb.
Bildirilib ki, Maskın sərvətinin yüksəlməsinə Tesla səhmlərinin sürətli bahalaşması (14 faiz), həmçinin onun süni intellektlə işləyən xAI startapının və onun kosmik şirkəti SpaceX-in səhmlərinin qalxması olub.
Siyahıda onu "Oracle"-ın qurucusu Larri Ellison və Meta-nın qurucusu Mark Zukerberq izləyirlər.
Samir MUSAYEV
MİA.AZ