Blokadanı yarmaq və humanitar yardım çatdırmaq üçün Qəzzaya yol alan “Global Resolve Flotilla” gəmisi az əvvəl  İsrail dəniz qüvvələri tərəfindən ələ keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gəmini əvvəlcə mühasirəyə alan dəniz qüvvələri üzrə xüsusi təyinatlılar sonrakı əmrlə gəmini ələ keçiriblər.

Məlumata görə, gəmidə olan hər kəs qandallanıb: "Saxlanılanlar  elə həmin gəmi ilə birgə İsrail limanına aparılıblar".

Xəbərdə deyilir ki, əməliyyat zamanı könüllülərin çəkiliş aparmasına imkan verilməyib: "Onların kameraları da əllərindən alınıb".

İsrail dövlət televiziyasının KAN-ın efirindən xəbər təsdiqlənib: "Gəmi İsrail ordusu tərəfindən ələ keçirlib, içindəki hər şeyə əl qoyulub, könüllülər saxlanılıb. Onlar hərbi bazada sorğu-sual ediləcək. Daha sonra böyük ehtiamlla bir daha İsrailə girə bilməmək şərtiylə deport olunacaqlar"

Tahir Şəlvəli
MİA.AZ