"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır".
Mia.az xəbər verir ki, bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib.
Baş prokurorun sözlərinə görə, zərurət yaranarsa, xüsusi açıqlama veriləcək: "Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".
Xatırladaq ki, 23 oktyabr 2019 – 14 fevral 2022 aralığında AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib. 14 fevraldan indiyədək isə AMEA-ya İsa Həbibbəyli rəhbərlik edir.
MİA.AZ