Türkiyənin Xarici işlər naziri Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə zəngləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər arasında əsasən Qəzzadakı son durum və ABŞ prezidenti Trampın elan etdiyi atəşkəs planı ilə bağlı fikir mübadiləsi olub.

Məlumata görə, nazirlər plana müsbət yanaşdıqlarını və icrası üçün "əllərini daşın altına" qoymağa razlaşıblar.

Xatırladaq ki, Trampın Qəzza ilə bağlı 21 maddəlik həll planl var. Həmin planın detalları ilə bu yazıdan tanış olmaq olar:

https://mia.az/w1089422/qezza-ile-bagli-21-maddelik-plan-qebul-olunsa-neler-bas-verecek-detallar-2025-09-29-115525

Zülfiyyə Mustafayeva
Mia.az