Qəzzaya humanitar yardım aparan "Sumud" flotiliyasının sərnişinləri İsrailə çatıb, burada tezliklə onların Avropaya deportasiyası prosedurları başlayacaq.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
"Sərnişinlər öz yaxtalarında təhlükəsiz və dinc şəkildə İsrailə gəlirlər, burada onların Avropaya deportasiya prosedurları başlayacaq. Sərnişinlər təhlükəsiz və yaxşı sağlamlıq vəziyyətindədirlər", - bəyanatda qeyd olunur.
Xatırladaq ki, daha əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən "Sumud" flotiliyasının doqquz gəmisini saxlamışdılar./Report