Bu gün Türkiyə Superliqasının 7-ci turunda səfərdə "Korendon Alanyaspor"la üz-üzə gələn "Qalatasaray" çətin qələbə qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" 23-cü dəqiqədə hesabda önə keçib.

Bundan sonra isə "Alanyaspor" sanki qəflət yuxusundan oynanıb.

Meydan sahiblərinin müxtəlif vaxtlarda 8 qol epizodunu isə "Qalatasaray"ın qapıçı Uğurcan Çakır geri qaytarıb.

Beləliklə, şans yanında olan "Qalatasaray" İkardinin yeganə qolu ilə liqadakı 7 oyundan 7-ni də qazanmaqla lider kürsüsündəki mövqeyini qoruyub.

Yeri gəlmişkən, "Qalatasaray" sentaybrın 30-da Çempionlar Liqasında "Liverpul"la "döyüşəcək".

Fərid ASLAN
MİA.AZ