Milan-Kortina Qış Olimpiya Oyunlarına günlər qalmış Fransa millisi "nokaut"a salınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Biatlon üzrə on qat dünya çempionu Culiya Saymon oğurluq və dələduzluqda ittiham olunaraq saxlanılıb.

Məlumata əsasən, 28 yaşlı qadın idmançı saxta onlayn alış-veriş cinayətinə yol verib: "O, 2021 və 2022-ci illərdə komanda yoldaşı Justine Braisaz-Bouchet və milli komandanın digər üzvlərindən birinin (adı açıqlanmayıb -Mia.az) kredit kartlarından gizli şəkildə istifadə etməklə çoxsaylı  bahalı texnoloji və digər əşyalar satın alıb. O, bu gizli əməliyyatları Norveçdə təlim-məşq toplanışı zamanı həyata keçirib".

Xəbərdə deyilir ki, saxlanılan  Culia Saymon ittihamı rədd edib.

Məlumata görə, istintaqla yanaşı, məsələni Fransa Xizək Federasiyası da araşdırmağa başlayıb.

Fərid Aslan
MİA.AZ