"Liverpul" klubu 3 ay əvvəl qəzada ölən futbolçusu ilə bağlı ibrətlik addım atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə komandanın "Liverpul"un baş məşqçisi Arne Slot həftəsonu Premyer Liqada "Kristal Pelas"a qarşı keçirəcəkləri matçdan əvvəl keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, avtomobil qəzasında həyatla vidalaşan Dioqo Jotanın müqaviləsinin sonunadək qalan bütün maaşı qəpiyinə qədər ailəsinə ödənilib: "Bundan başqa, klub onun ailəsini daimi nəzarətdə saxlayacaq, ehtiyacları olduqca yanlarında olacaq".
Xatırlaadq ki, "Liderpul"un portuqaliyalı hücumçu bu ilin iyulun əvvəlində İspaniyanın Zamora şəhərində avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə ölüb.
Fərid Aslan
MİA.AZ