Bu il yağışların kəskin azalması ilə Türkiyənin qəlbi sayılan İstanbulda su problemi həyəcanverici həddə çatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq müvafiq qurumlar yaxın 10-15 gün ərzində davamlı yağış olmaza, şəhərin bir hissəsinin daimi suyla təminatı bir yana, 8 saatlıq su təminatının belə mümkün olmayacağını deyirlər.
Məlumata görə, rəsmi əhalisi 18 milyon, qeyri-rəsmi isə 30 milyondan çox insanın yaşadığı İstanbulun ümumilikdə 30 faizdən az su ehtiyatı qalıb: "Məsələ budur ki, bu su ehtiyatının əsas hissəsi də şəhərin yalnız bir hissəsini suyla təmin edə biləcək infrastruktura sahibdir. Digər hissələri suyla təmin edən nəhəng su anbarları və göllər isə artıq qurumaq həddindəir. Bəziləri hətta demək olar ki, quruyub".
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, bu il aprelin 15-də 82,22 faizə çatan su anbarlarındakı suyun səviyyəsi, isti yay havası və artan su istehlakı səbəbindən sürətlə azalıb: "İndi su ehtiyatı Ömerlidə 22,74 faiz, Darlıkda 44,76 faiz, Elmalıda 51,77 faiz, Terkosda 36,98 faiz, Alibəydə 18,08 faiz, Büyükçekmecedə 34,21 faiz, Sazlıdərədə 32,13 faiz səviyyəsndədirsə, məsələn, Kazandere su anbarında cəmi 2.7 faiz səviyyədə su qalıb. Yəni, bu göl demək olar ki, artıq suverici qabiliyətində deyil. Digər su anbar və göllərdə də 8-15 faizlik ehtiyat qalıb".
İstanbul Universitetinin professoru Meriç Albay suyun azalmasınını SOS həddində olduğunu deyir və əhalini qənaətə çağırır: "Əks halda önümüzdəki aylarda ciddi su qıtlığı yaşayacağıq".
Firudin Səfərli
MİA.AZ