FİFA gələn il ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının maskotlarını nümayiş etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, Kanadanı "Maple" adlı maral, Meksikanı "Zayu" adlı yaquar, ABŞ-ı isə "Clutch" adlı "keçəl qartal" təmsil edəcək.

FİFA prezidenti Gianni İnfantino təqdimatda bildirib kii yeni maskotlar Dünya Kubokunun sevincini, enerjisini və birlik ruhunu təcəssüm etdirəcək:

"Maskotlar təkcə simvol deyil, həm də meydanda oyunçu kimi təsvir olunur. "Maple" qapıçı, "Zayu" çevik hücumçu, "Clutch" isə yarımmüdafiədə komandanın birləşdirici qüvvəsi kimi tanınacaq"

Xatırladaq ki, 48 ölkənin qatılacağı yarışın açılış matçı 2026-cı il iyunun 11-də Meksikanın paytaxtı Mexiko şəhərindəki Estadio Azteca stadionunda keçiriləcək. Final 2026-cı il iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadiumunda oynanılacaq.

Zülfiyyə
MİA.AZ