Elektron ticarətiylə tanınan məşhur "Amazon" şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə iki illik məhkəmə çəkişməsindən məğlub ayrılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə "Amazon"nun milyonlarla müştərini aldadaraq onları "Prime üzvlü"yünə yazılmaq adıyla aldadıb. Bu səbəbdən məhkəmə şirkətə tarixi rekord sayılan 2,5 milyard dollar təzminat cəzası kəsib: "Daha dəqiqi, "Amazon" 1 milyard dollar mülki qaydada qaldırılmış işlər üzrə cərimə ödəyəcək. Qalan 1,5 milyard dollar isə 35 milyon müştəriyə bərabər şəkildə geri köçürüləcək"
Xatırladaq ki, "Prime üzvlük" ayda 14,99 dollar və ya ildə 139 dollara başa gəlir: "2024-cü ilə qədər şirkət bundan 44 milyard dollar gəlir əldə edib. Bunun üstünlüyü isə onda olub ki, sürətli çatdırılma və onlayn məzmundan baqqal alış-verişinə qədər xüsusi endirimlər sahibləniblər".
Məlumata əsasən, 2025-ci ilin mart ayına kimi şirkətin ABŞ-da təxminən 197 milyon "Prime" müştərisi olub.
Samir MUSAYEV
MİA.AZ