Ötən gün Türkiyə lideri Ərdğanla ABŞ prezidenti Tramp arasında hava nəqliyyatı ilə bağlı böyük anlaşma da əldə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  anlaşmaya əsasən, Türk Hava Yolları 2029-2034-cü illər arasında Amerika təyyarə istehsalçısı "Boeing"dən 50-si nağd, 25- isə kreditlə olmaq şərtiylə  ümumilikdə 75 ədəd B787-9 və B787-10 təyyarəsi alacaq

Açıqlamaya görə, bundan əlavə, B787 təyyarələri üçün mühərriklər, onların ehtiyat hissələri və texniki xidmət və sair məsələlərlə bağlı da razılaşma olub.

Məlumatda hava nəqliyyatı ilə bağlı anlaşmanın bununla da yekunlaşmadığı deyilir: "Türkiyə "Boeing" şirkəti ilə yuxarıda qeyd olunanlarla yanaşı, 150 ​​ədəd 737-8/10 MAX təyyarəsi alacaq. Bunun üçün 100 ədədinin nağd, 50 ədədinin isə kreditlə alınması barədə müqavilə imzalanıb.  Bu təyyarələrə əlavə xidmət müqaviləsi də bağlanıb. Bununla da ABŞ-a milyardla ödənilməklə, Türk Hava Yollarının 2035-ci ilə qədər ümumiikdə 225 "Boeing" almaqla, hava donanmasını yeni nəsil təyyarələrlə zənginləşdirəcək".

Məlumatda bu anlaşmanı toplam maliyyə dəyəri gizli saxlanılıb.

Firudin Səfərli
MİA.AZ