"Qalatasaray" klubunun prezidenti Dursun Özbek bu gün "Alanyaspor"la və 30 sentyabrda isə Çempionlar Liqasında "Liverpul"la oyunlara qalib gəlmək üçün çıxacaqlarını deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqada işlər qaydasında gedir.
O, indiyədək keçirilən 6 oyunun hamısında qalib gəldiklərini xatırladıb: ""Qalatasaray hər iki matçda qalib gəlmək üçün meydanda olacaq. Artıq Super Liqada uğurlu seriyamız var. Bunu davam etdirmək istəyirik. Altı oyundan altısını qazandıq. Yeddici matçdan da qalib ayrılaraq çempionluq yolunda bütün gücümüzü göstərmək istəyirik. "Liverpul" da bizim üçün çox vacib olan matçdır. Bu oyunda da qalib gələməliyik. Həm məşqçilər korpusu, həm də futbolçularımız bunun fərqindədirlər, inşallah, 30 sentyabrda qələbə qazanacağıq”.
Fərid ASLAN
MİA.AZ